Şəmkirdə bələdiyyə sədrləri Daşınmaz Əmlakın 11 saylı Şəmkir ərazi idarəsindən və onun rəisindən şikayət edirlər

94 baxış

Saytımıza daxil olan məlumatda bildirilir ki, Şəmkir rayonunda fəaliyyət göstərən 17 bələdiyyənin sədri İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti tabeliyində fəaliyyət göstərən Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 11 saylı Şəmkir ərazi idarəsinin rəisi Əlağa Paşayevin fəaliyyətindən ciddi şəkildə narazıdırlar. Aidiyyatı üzrə qurumlara ünvanlanan müraciətlərdə idarə rəhbərliyinin bələdiyyələrin və vətəndaşların fəaliyyətinə ciddi süni maneələr yaratdığı iddia olunur. Sədrlər xidmət haqlarının qanunsuz olaraq qabaqcadan tələb edildiyini, sənəd qəbulu və portal üzərindən rəy alınması prosesinin aylarla gecikdirildiyini bildirirlər.

Həmçinin ərazi idarəsinin köhnə xəritələrə istinad edərək vətəndaşların torpaq sənədləşməsinə əsassız imtinalar verdiyi, dövlət fərmanları və Nazirlər Kabinetinin qərarlarına məhəl qoymadığı irəli sürülür. Bundan əlavə idarə rəisinin qəbuluna düşmək üçün günlərcə gözlədiklərini ancaq yenədə idarə rəisi Əlağa Paşayevin onları qəbul etmədiyini bildirirlər.

Bələdiyyələrin bununla yanaşı irəli sürdüyü iddialar bunlardan ibarətdir :

Dürüstləşməyə sənədləri göndərməməyi, müraciətlərə baxılmaması və yaxud aylarla çəkməsi, heç bir sənədləşmə işlərinin düzgün aparılmaması, sənəd qəbulu zamanı 5 günlük qəbul edilən sənədlərin aylarla çəkməsi lakin hazır olandan sonra müəyyən olunmuş 5 günlük rüsumunun alınması və s.

Şəmkir bələdiyyə sədrləri rayonda kütləvi narazılıq yaradan bu halların araşdırılmasını və Əlağa Paşayevin fəaliyyətinin yoxlanılmasını tələb edirlər.

Sözcü.az

Paylaş:

Əlaqəli məqalələr