Bakıda əməliyyat keçirildi - Saxlanılan var

67 baxış

Bakının Xəzər rayonunda 45 kiloqram narkotik aşkarlanıb.

Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat zamanı qeyd edilən cinayət əməlində şübhəli bilinən 53 yaşlı Fariz Xəlilov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 45 kiloqram 210 qram marixuana aşkarlanıb. F.Xəlilov ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:

Əlaqəli məqalələr