Putin hakimiyyəti tərk edib İspaniyaya köçmək istəyirmiş – Sensasion iddia
Sergey Puqaçov iddia edir ki, Rusiya lideri 2004-cü ildə ikinci dəfə prezident seçilməyi planlaşdırmırdı.
Rusiyanın sabiq senatoru və keçmiş bankiri Sergey Puqaçov Rusiya Prezidenti Vladimir Putinin siyasi gələcəyi ilə bağlı diqqətçəkən iddialar səsləndirib.
Sozcu.az xəbər verir ki, hazırda Fransada yaşayan Puqaçov Deutsche Welle-yə müsahibəsində bildirib ki, Vladimir Putin 2004-cü ildə ikinci prezidentlik müddətinə namizəd olmaq istəmirdi.
Onun sözlərinə görə, əvvəlcədən razılaşdırılmış plana əsasən, Putin yalnız bir müddət prezident postunda qalmalı, bu müddət ərzində isə ölkəyə rəhbərlik edəcək yeni namizəd müəyyənləşdirilməli və daha sonra demokratik seçkilər keçirilməli idi.
Puqaçov iddia edib ki, Putin həmin dövrdə dövlət başçısı vəzifəsindən ayrıldıqdan sonra İspaniyaya köçərək adi vətəndaş kimi yaşamağı planlaşdırırdı.
Keçmiş senatorun sözlərinə görə, Putin ikinci dəfə prezident seçilməyəcəyini düşündüyündən həmin illərdə dövlət resurslarının talan edilməsi prosesi də sürətlənmişdi.
Puqaçov bildirib ki, sonradan ölkədə siyasi vəziyyət dəyişib və Putin hakimiyyətdə qalmaq qərarı verib.
Qeyd edək ki, Sergey Puqaçovun səsləndirdiyi fikirlər şəxsi iddialardır və bu barədə müstəqil təsdiqlənmiş məlumat mövcud deyil.












