“O satılmır” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi Frenki de Yonq haqda danışıb.

Sozcu.az “Marca”ya istinadən xəbər verir ki, o, niderlandlı oyunçu ilə yolları ayırmaq fikrində olmadıqlarını deyib: “O satılmır. De Yonq komandamız üçün çox önəmlidir və yaxşılığa doğru dəyişiklik edə bilər.

Ötən gün o, qol vurdu. O, bizim görmək istədiyimiz Frenki idi”.

Qeyd edək ki, bu mövsüm de Yonq İspaniya çempionatında 11 oyun keçirib və 1 qol vurub.

Facebook Comments