Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3% azalıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 314,4 milyon manat təşkil edib.

Sozcu.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 10,1 % artaraq 360,556 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,8 % azalaraq 888,803 milyon manat, aksizlər üzrə daxilolmalar 16,7% artaraq 51,145 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 9,8 % artaraq 13,882 milyon manat olub.

Facebook Comments