Oğlunu Həzrəti Əli ilə müqayisə edən Siyavuş Novruzova CAVAB

Tanınmış hüquqşünas Aslan İsmayılov Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun oğlunu Həzrəti Əli müqayisə etməsinə münasibət bildirib.

Sozcu.az-ın xəbərinə görə, A.İsmayılov deyib: “Çox istədim bu mövzuya toxunmayım, hesab etdim ki, cavabını kifayət qədər veriblər. Ancaq alınmadı. Bircə cümlə ilə fikrimi bildirim. Oğlunu Həzrət Əli ilə müqayisə edən Siyavuş Novruzov kimi hakim partiyanın başçılarından, Milli Məclis rəhbərlərindən biri, onun həyat yoldaşı kimi İnsan Hüquqları üzrə müvəkkili olan hakimiyyətin idarə etdiyi ölkə bərbad durumda olmalıdır və bundan da bərbad duruma düşəcək”.

Facebook Comments