Tacir Şahmalıoğlundan Fədayə Laçınla bağlı açıqlama

19 baxış

Müğənni Tacir Şahmalıoğlu duet ortağı Fədayə Laçından inciyib.

Sozcu.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” proqramında danışıb.

Tacir Şahmalıoğlu bildirib ki, xəstə olduğu müddətdə Fədayə Laçının ona baş çəkməməsi xətrinə dəyib. Müğənni duet ortağından belə bir diqqət gözlədiyini deyib.

“Gəlmədi, amma umdum. İstədim tələbəm gəlsin yanıma. Amma yenə də heç vaxt deməyəcəyəm niyə. Gözlədim”, – deyə Tacir Şahmalıoğlu bildirib.

Qeyd edək ki, Tacir Şahmalıoğlu bir müddət əvvəl səhhətində yaranan problemlə gündəmə gəlib. Müğənni həmin dövrdə əməliyyat olunub.

Paylaş:

Əlaqəli məqalələr