Emin Ağalarovun xanımı ilk dəfə anası və bacısı ilə görüntülərini paylaşdı
17 baxış
Xalq artisti Emin Ağalarovun həyat yoldaşı Alyona Qavrilova sosial şəbəkədə ailəsi ilə bağlı diqqətçəkən paylaşım edib.
Sozcu.az xəbər verir ki, Alyona ilk dəfə anası və bacısı ilə birgə çəkilmiş fotosunu izləyiciləriylə bölüşüb.
Alyona Qavrilova paylaşımında bacısını doğum günü münasibətilə təbrik edərək ona xoş arzularını çatdırıb. Eyni zamanda həyatında və ailəsində xüsusi yeri olan anasına təşəkkür etməyi də unutmayıb.
Səmimi ailə fotosu qısa zamanda izləyicilərin marağına səbəb olub.
Qeyd edək ki, Emin Ağalarov və Alyona Qavrilova uzun illərdir münasibətdədirlər. Cütlüyün bu nikahdan bir qız övladı var. (Müsavat.com)


