“Betmen”in maşını satışa çıxarılır

37 baxış

Rejissor Tim Börtonun 1992-ci ildə çəkdiyi “Betmen qayıdır” filmində Maykl Kitonun idarə etdiyi məşhur “Betmobil” hərraca çıxarılacaq.

Sozcu.az xəbər verir ki, avtomobilin 7 milyon dollara satılacağı gözlənilir.

Hərracı təşkil edən “Julien’s Auctions” bu satışla “Betmobil” üçün mövcud qiymət rekordunun yenilənəcəyinə ümid edir. Hazırkı rekord 1966-cı ildə Corc Barris tərəfindən hazırlanmış “Betmobil”ə məxsusdur. Sözügedən avtomobil 2013-cü ildə keçirilən hərracda 4,6 milyon dollara satılıb.

“Betmen qayıdır” filmində istifadə olunan avtomobilin uzunluğu təxminən 6 metrdir. Onun karkası iki “Chevrolet Impala”nın şassisi əsasında hazırlanıb.

Qeyd edək ki, hərrac 23 noyabrda keçiriləcək.

Paylaş:

Əlaqəli məqalələr