Tanınmış bəstəkar, 4 aylıq hamilə xanımı və 3 yaşlı qızı qətlə yetirildi

15 baxış

Meksikada məşhur musiqiçi Conatan Melendes, 4 aylıq hamilə həyat yoldaşı Ana Paola, üç yaşlı qızı və evdə çalışan şəxs yaşadıqları mənzildə qətlə yetiriliblər.

Sozcu.az xəbər verir ki, 38 yaşlı bəstəkar, ailə üzvləri və itləri yapışqan lentlə bağlanmış vəziyyətdə tapılıb. Melendesin yalnız 6 yaşlı uşağı hadisə yerində sağ aşkarlanıb.

İlkin araşdırma zamanı məlum olub ki, 3 yaşlı qız və daha iki nəfər başından, bir nəfər isə kürəyindən güllələnərək öldürülüb.

Hadisə ilə bağlı iki şübhəli saxlanılıb. Şübhəlilərdən birinin Melendeslə əlaqəsindən istifadə edərək mənzilə daxil ola bildiyi ehtimal olunur.

Qətlin təfərrüatları istiqamətində araşdırma davam edir.

Paylaş:

Əlaqəli məqalələr