65 yaşlı aktrisa 22 yaşlı oğlanla sevgilidir (FOTO)
Amerikalı məşhur komediya ustası Keti Qriffin növbəti dəfə sosial şəbəkədə etdiyi paylaşımla diqqət mərkəzinə düşüb.
Qaynarinfo xəbər verir ki, 65 yaşlı sənətçi "Instagram" hesabında yeni sevgilisi olduğunu iddia etdiyi gənclə fotosunu paylaşaraq izləyicilərini təəccübləndirib.
Qriffin avtomobilə əl-ələ minərkən çəkilmiş fotonun altında "Buyur, internet... Onun 22 yaşı var" sözlərini yazıb. Paylaşım qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Komediyaçının paylaşımından sonra bir çox istifadəçi bunun zarafat olduğunu düşünüb. Qriffin isə gələn rəylərə gülərək "Şərhləri oxuduqca ölürəm" ifadəsini və gülüş emojisini paylaşıb.
Bildirilir ki, Qriffin həmin gənclə daha əvvəl paparatsilərin obyektivinə də tuş gəlib. Buna görə bəzi xarici KİV-lər komediyaçının fotoları əvvəlcədən özü paylaşaraq xəbərin yayılmasına nəzarət etmək istədiyini irəli sürüblər.
Maraqlıdır ki, Qriffin bundan əvvəl də oxşar paylaşımları ilə gündəmə gəlib. O, may ayında da tanınmayan bir kişi ilə fotosunu paylaşaraq "Artıq "Instagram"da birlikdəyik. Bununla barışın" yazmışdı. Həmin paylaşım sonradan silinsə də, bu dəfəki paylaşımı izləyicilərindən daha çox dəstək alıb.

Bəzi istifadəçilər kişilərin özlərindən xeyli gənc qadınlarla münasibətlərinin normal qarşılandığını, eyni vəziyyət qadınlara aid olduqda isə fərqli münasibət göstərildiyini bildirərək Qriffinə dəstək veriblər. Digərləri isə bunun sadəcə komediyaçının növbəti zarafatı olduğunu hesab edirlər.
Xatırladaq ki, Keti Qriffin ötən il verdiyi açıqlamada keçmiş həyat yoldaşı Rendi Bikdən ayrıldıqdan sonra 23 yaşlı bir gənclə qısa münasibət yaşadığını etiraf etmişdi. O bildirib ki, yaş fərqinə görə həmin münasibətin uzunömürlü olmayacağını düşündüyündən əlaqəyə özü son qoyub.



