Türkiyə ABŞ-sız da yaşaya biləcəyini göstərdi – Frolov

Türkiyə ABŞ-a onsuz da yaşaya biləcəyini göstərdi.

Sozcu.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Andrey Frolov Ankaranın Rusiya təyyarələrinə olan marağı ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin maraq göstərdiyi təyyarələr Rusiyanın ixrac edə biləcəyi ən modern olanlarıdır:

“Su-35 artıq davamlı olaraq istehsal və ixrac edilir, Su-57 gələcəklə bağlı bir layihədir. Çünki Rusiya Hərbi Hava Qüvvələri üçün belə davamlı şəkildə istehsal edilmir”.

Frolov qeyd edib ki, Türkiyə inventarını yeniləmə məsələsində F-35-ə ümid edirdi, lakin bəlli səbəblərdən bu təyyarələri ala bilmədi:

“İndi Türkiyə alternativ axtarır. Hazırda Türkiyənin əlindəki ən modern təyyarə F-16S-dir. Eyni zamanda Türkiyədə “Fantom” təyyarələri də mövcuddur”.

Ekspert onu da əlavə edib ki, Türkiyənin Avropa istehsalı IV nəsil təyyarələri əldə etmək istəməsi real görünmür.

Facebook Comments