Rusiya itkilərinin yerini doldura bilmir – Baş Qərargah

Rusiyanın itkiləri komplektləşmə göstəricilərini aşır, şəxsi heyət isə Ukraynaya qarşı savaşdan imtina edir.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna SQ Baş Qərargahının rəsmi Feysbuk səhifəsində bildirilib.

“Düşmənin itkilərinin bölmələrin komplektləşmə göstəricisini aşması ümumi mənəvi-psixoloji vəziyyətə təsir edir və şəxsi heyətin Ukraynaya qarşı hərbi əməliyyatlardan imtina etməsinə səbəb olur”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, Ukrayna indiyə qədər Rusiyanın şəxsi heyət itkisinin 25,6 minə çatdığını bildirib.

Facebook Comments