Milli fəal Meysəm Himmətzadə 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb

Bazərqan şəhərinin sakini olan güney azərbaycanlı milli- mədəni fəal Meysəm Himmətzadə 7 oktyabrda 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Meysəm Himmətzadə sentyabrın 27-də Ermənistanın Azərbaycan Respublikasına qarşı yeni təxribatına etiraz etdiyi və Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı döyüşlərə dəstək göstərdiyi üçün İran rejiminin təhlükəsizlik qüvvələri üzvləri tərəfindən həbs edilmişdi.

10 gün həbsdə qaldığı müddət ərzində “ETTELAAT” İdarəsinin əməkdaşları ona ailəsi ilə 1 dəfə belə telefon əlaqəsi yaratmağa icazə verməyiblər.

Qeyd etmək lazımdır ki, İran rejimi ötən günlər ərzində sözügedən eyləmdə iştirak edən 100-dən çox güney azərbaycanlını həbs edib.

Facebook Comments