“Bunu anlamasaq, bizi vurus yox, stress öldürəcək” – NATİQ CƏFƏRLİ

“Virusa yoluxma sayı artır, vətəndaşlar mütləq özlərini qorumalıdırlar, amma statistika ilə bağlı mediada yenə də səthi yanaşma görürəm, tək yoluxma rəqəmləri yox, test sayı da nəzərə alınmalıdır. Belə yanaşma ilə baxsaq, virus sayı bu gün dünənə nisbətən artmayıb, əslində azalıb: Dünən 26 iyul tarixində 5616 test aparılıb, 272 yoluxma halı qeydə alınıb – yəni, hər 20 testdən biri pozitiv çıxıb”.

Sozcu.az xəbər verir ki, bunu Real Partiyasının sədr müavini Natiq Cəfərli deyib:

“Bu gün, 27 iyulda isə 11985 test aparılıb, 468 yoluxma halı qeydə alınıb – yəni, hər 25 testdən biri pozitiv çıxıb.

Vurusla yaşamağı öyrənək artıq, bu qədər də olmaz axı – bizim vurusa münasibətimiz dəyişməlidir ki, bu mərəz həyatımızdan rədd olsun, bunu anlamasaq, bizi vurus yox, stress öldürəcək…”

Facebook Comments