Polkovnik Nofəl Əsədov vəzifəsindən azad edildi

125 baxış

Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Nofəl Əsədovun vəzifəsindən azad edildiyi bildirilir.

Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, onun hansı səbəbdən vəzifədən azad edilməsi hələlik açıqlanmır.

Qeyd edək ki, Nofəl Abbas Əli oğlu Əsədov 29 aprel 1982-ci il tarixdə Bakı şəhərində anadan olub. 2004-2005-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib.

2004-cü ildə Azərbaycan Texniki Universitetini, 2013-cü ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini bakalavr dərəcəsi üzrə, 2016-cı ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini magistr dərəcəsi üzrə bitirib.

2006-2023-cü illərdə müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 20 sentyabr 2023-cü il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinin icrası həvalə edilib. Ədliyyə polkovnikidir. Ailəlidir, 2 övladı var.

Məsələ ilə bağlı Penitensiar Xidmətə sorğu ünvanlanıb.

Paylaş:

Əlaqəli məqalələr