Tramp: ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları satacaq

ABŞ ilk dəfə Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcıları satacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Vaşinqton krallığı NATO-dan kənar əsas müttəfiq kimi tanıyıb və bu çərçivədə silah satışına razılıq verib. “İlk dəfə olaraq Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışına razılaşdıq. Bu təyyarələr olduqca güclüdür və biz onları çox məhdud şəkildə satırıq”, – deyə Tramp qeyd edib.

Tramp: ABŞ-ın növbəti hədəfi Kuba olacaq

ABŞ Prezidenti Donald Tramp Kubanın Vaşinqtonun növbəti hədəfi olacağını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə o, Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı deyib. “Güclü silahlı qüvvələr yaratmışam. Demişdim ki, onları istifadə etməyə ehtiyac olmayacaq, amma bəzən istifadə etmək lazım gəlir. Yeri gəlmişkən, növbəti Kuba olacaq”, – deyə Tramp qeyd edib. ABŞ lideri Vaşinqtonun Kuba ilə bağlı planlarının detalları barədə əlavə məlumat verməyib.

Zelenski Səudiyyə Ərəbistanında dizel tədarükünü müzakirə etdiyini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfəri zamanı dizel yanacağının tədarükü ilə bağlı danışıqlar apardığını açıqlayıb. Bu barədə “Novosti Live” məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna Yaxın Şərq ölkələri ilə dizel tədarükü məsələsində razılaşmalar əldə etməyə çalışır. “Bu məsələ ölkənin təhlükəsizliyi üçün vacibdir və mən onun üzərində işləyirəm”, – deyə Zelenski bildirib. O qeyd edib ki, Ukraynada yanacaq çatışmazlığı yaranacağı təqdirdə bunun 90%-i dizelin payına düşə bilər. Zelenski əlavə edib ki, səfər çərçivəsində keçirilən iki görüş Ukrayna üçün müsbət nəticələr verib, lakin detalları açıqlamayıb.

Rubio: Kubada dövlət sistemi dəyişməlidir

ABŞ administrasiyası Kubada dövlət quruluşunun dəyişdirilməsinin zəruri olduğunu hesab edir. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, ölkədə iqtisadi islahatlar yalnız idarəetmə sistemində dəyişikliklər olduqda mümkün ola bilər. “Kubanın iqtisadiyyatının dəyişməsi lazımdır. Amma bu, dövlət idarəetmə sistemi dəyişmədən mümkün deyil”, – deyə Rubio qeyd edib.

Merz: İran ətrafındakı münaqişə NATO müharibəsi deyil

Almaniya kansleri Fridrix Merz bildirib ki, İran ətrafında baş verən münaqişə NATO müharibəsi hesab edilmir. Bu barədə FAZ nəşri məlumat yayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da bu qənaətə gəlib və Vaşinqton bu mövqeni qəbul edib. Merts qeyd edib ki, ABŞ-ın hazırkı addımları deeskalasiya deyil, əksinə, vəziyyətin daha da gərginləşməsinə səbəb olur. “Trampın hazırda etdikləri sülhə gətirmir, bu, nəticəsi qeyri-müəyyən olan ciddi eskalasiyadır”, – deyə kansler bildirib. O əlavə edib ki, Trampla son telefon danışığı fikir ayrılıqları fonunda keçib. “Əgər bizim köməyimizi istəyirsənsə, bunu əvvəlcədən deməlisən, sonradan mətbuat vasitəsilə yox”, – deyə Mer vurğulayıb. Kansler həmçinin qeyd edib ki, Tramp bir neçə dəfə NATO-nun dəstəyinə ehtiyac duymadığını bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Əhali sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciətində qeyd olunub. Vurğulanıb ki, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır. "Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir", - müraciətdə bildirilib.

Bakı-Şamaxı yolunda qəza - Yol bağlandı

Qobustanda avtomobil qəzası baş verib, yol bağlanıb. Hadisə Bakı–Şamaxı Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində qeydə alınıb. Sozcu.az xəbər verir ki, Şamaxıdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi qəzaya uğrayıb. Bu səbəbdən sözügedən istiqamətdə yol bir müddət bir tərəfli bağlanıb, çoxlu sayda avtomobil yolda qalıb. Dumanlı hava və bayram tətili səbəbindən regionlardan Bakıya qayıdan avtomobillərin hərəkətində böyük sıxlıq müşahidə edilir. Əraziyə cəlb olunan polis əməkdaşları qəzaya düşən nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənarlaşdırmağa və hərəkəti bərpa etməyə çalışırlar.

Kəlbəcər və Laçına qar yağır

Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170 %-ni təşkil edir. Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Ayın 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI

"Bakıda və Abşeron yarımadasında yağıntıların martın 28-də də gün ərzində davam edəcəyi, bəzi ərazilərdə isə intensiv xarakter alacağı gözlənilir". Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, bu gün paytaxt Bakıda, Abşeron yarımadasında və eyni zamanda bölgələrdə intensiv xarakterli yağıntılar müşahidə olunur. G.Məmmədova əlavə edib ki, yağıntıların 29-u gündüz saatlarından etibarən tədricən kəsiləcəyi proqnozlaşdırılır: "Güclü yağıntılarla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində su basma hallarının olması istisna edilmir. Bölgələrdə də hazırda intensiv yağışlar müşahidə olunur. Dağlıq ərazilərdə - Qrız, Xınalıq və Şahdağ istiqamətlərində qar yağır. Ümumilikdə, 31-dək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olacaq. Xüsusilə şərq rayonlarında yağıntıların daha da güclənəcəyi ehtimal olunur. 31-i gündüz saatlarından isə yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır", - deyə direktor qeyd edib .

Ukrayna Rusiyanın neft terminallarını vurdu

Ukrayna dronları Leninqrad vilayətindəki Primorsk və Ust-Luqa limanlarına yenidən hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko məlumat yayıb. Qubernator eyni zamanda bildirib ki, bir gecədə 36 dron vurulub. Qeyd edək ki, adı çəkilən limanlar Rusiyanın neft ixracında mühüm rol oynayır.

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı məlumat yaydı

Bakının Xəzər rayonunda 1 nəfəri qəsdən öldürməyə cəhd etməkdə, digər şəxsi isə qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Xəzər rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.

İsraildə hərbi xidmət müddəti uzadılır

İsrailin Baş naziri Benyamin Netanyahu orduda ciddi kadr çatışmazlığı yarandığını nəzərə alaraq məcburi hərbi xidmət müddətinin uzadılmasının planlaşdırıldığını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin ictimai yayımçısı "KAN" məlumat yayıb. Netanyahu bu fikirləri təhlükəsizlik kabinetinin iclasında səsləndirərək, Baş Qərargah rəisi Eyal Zamirin böhranın aradan qaldırılmayacağı təqdirdə ordunun “çökə biləcəyi” ilə bağlı xəbərdarlığına cavab olaraq hökumətin addımlar atacağını deyib. Baş nazir qeyd edib ki, Pesax (yəhudi Pasxa) bayramından sonra hərbi çağırış qanunvericiliyinə dəyişiklik edilməsi və xidmət müddətinin artırılması istiqamətində addımlar atılacaq. Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin hüquq müşavirinin ultra-pravoslav yəhudilər (haredilər) üçün hərbi xidmət tələblərinin yumşaldılmasına etirazına münasibət bildirən Netanyahu deyib: “Onun işi məsləhət verməkdir, qərarı isə biz veririk”. Nazirlər Kabinetinin katibi Yossi Fuks da bildirib ki, bayramdan dərhal sonra həm xidmət müddətinin uzadılması, həm də yeni çağırış qanununun irəli aparılması məsələsinə baxılacaq. İsrail ordusunun sözçüsü Effi Defrin isə açıqlayıb ki, hazırda orduda təxminən 15 min hərbçi çatışmır, onların 8 mini döyüşçüdür. Hərbi rəsmilər bu vəziyyəti artan əməliyyat yükü ilə izah edirlər. Bildirilir ki, Qəzzada davam edən əməliyyatlar, İran və Livana qarşı hücumlar, həmçinin İordan çayının qərb sahilində yerləşən yaşayış məntəqələrinin qorunması ordunun yükünü artırır. Rəsmilər qeyd ediblər ki, tapşırıqlar artsa da, şəxsi heyətin sayı azalır. Ultra-pravoslav yəhudilərin hərbi xidmətə cəlb olunması məsələsi isə ölkədə siyasi böhrana səbəb olub. Netanyahu hökumətinin haredi tərəfdaşları təklif olunan qanuna etiraz olaraq parlament səsvermələrini boykot edirlər. Hazırda İsraildə kişilər üçün məcburi hərbi xidmət 32 ay, qadınlar üçün isə 24 ay davam edir. Təkliflərə görə, bu müddət 36 aya qədər artırıla bilər. Bu müzakirələr İsrailin Livanın cənubunda quru əməliyyatlarını genişləndirdiyi bir dövrə təsadüf edir. Ordu Litani çayının şimalına doğru mövqelərini genişləndirməyə çalışır, eyni zamanda Livana hava zərbələri və martın 2-də Hizbullahın sərhəd hücumundan sonra başladılan quru əməliyyatları davam etdirir. Gərginlik ABŞ və İsrailin İrana qarşı birgə hücumları fonunda daha da artıb. Məlumata görə, fevralın 28-dən bəri bu hücumlar nəticəsində 1340-dan çox insan həlak olub. İran isə buna cavab olaraq İsrailə, ABŞ bazalarına və Körfəz ölkələrinə qarşı pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

Budapeştdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında bildirib. “Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezidentin köməkçisi əlavə edib.

Goranboyda qohumların mübahisəsi qanla bitdi - Yeniyetmə saxlanıldı

Goranboyda qohumların mübahisəsi onlardan birinin bıçaqlanması ilə nəticələnib. Sozcu.az-ın məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə 34 yaşlı şəxsi yaxın qohumu 2009-cu il təvəllüdlü K.Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı M.Əliyevi bıçaqlamaqda şübhəli bilinən 2009-cu il təvəllüdlü K.Əliyev saxlanılıb. Hər iki şəxsin ataları əmioğludur. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

NATO-dan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Azərbaycanla Ermənistan arasında sülhə doğru əhəmiyyətli irəliləyişi alqışlayır. Sozcu.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında deyilir. Sənəddə avqust ayında sülh sazişinin paraflanmasının münasibətlərin normallaşması və regional təhlükəsizliyin möhkəmləndirilməsi yolunda mühüm addım olduğu vurğulanır. Bu baxımdan alyans hər iki ölkə ilə dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır. "Xüsusilə regionun Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin nəticələrini öz üzərində davamlı olaraq hiss etməsini nəzərə alaraq Cənubi Qafqaz NATO-nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir", - sənəddə qeyd olunur. Hesabatda deyilir ki, 2025-ci il üçün Hərbi Təhsilin Təkmilləşdirilməsi Proqramı çərçivəsində Azərbaycan tərəfdaş dövlətlərlə qabaqcıl təcrübə mübadiləsini intensivləşdirib. "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO 16 ölkə, o cümlədən Azərbaycanla əməkdaşlıq edir. Bundan başqa, sənəddə NATO-nun mükəmməllik mərkəzlərinin - alyansın imkanların dəstəkləmək üçün milli və çoxmillətli səviyyələrdə yaradılan təşkilatların fəaliyyətinə də diqqət ayrılıb. Bu gün 30 mükəmməllik mərkəzi NATO akkreditasiyasına malikdir, daha 5-i isə qiymətləndirmə prosesinin müxtəlif mərhələlərindədir. "NATO-nun üzvü olan bütün 32 dövlət bu ekosistemə cəlb olunub və 8 tərəfdaş ölkə də (onların sırasına Azərbaycan da daxildir) öz töhfəsini verir", - hesabatda qeyd olunub.("Report")

Ukrayna ordusu daha bir kəndi azad etdi

Ukrayna hərbçiləri Donetsk bölgəsindəki Minkovka kəndini Rusiya ordusundan təmizləməyi bacarıblar. Bu, Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsidir. Sozcu.az xəbər verir ki, bu barədə “Skelya” alayı Teleqram səhifəsində məlumat yayıb. Hərbçilər Rusiya qoşununun irəliləməsinin artıq dayandırıldığını və magistral yol boyunca vəziyyətin sabitləşdiyini bildiriblər.

İran ağlabatan mövqe tutur, lakin... - Tramp

İran danışıqlar zamanı ağlabatan mövqe tutur, lakin nüvə silahları Tehran üçün qəbuledilməz olaraq qalır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Onlar bizimlə danışır və ağlabatan şeylər deyirlər. Və unutmayın: onların nüvə silahı ola bilməz", - deyə Amerika lideri bildirib.

İsrail hücumları: Livanda ölənlərin sayı artdı

İsrail Hərbi Hava Qüvvələrinin gün ərzində Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 33 nəfər ölüb, 90 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin X sosial şəbəkəsində bildirilib. "Hərbi eskalasiyanın başlanğıcından bəri öldürülən vətəndaşların ümumi sayı 1072 nəfərə çatıb, 2966 nəfər yaralanıb", - nazirlik bildirib. Livanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlar zonasında 1 049 328 nəfər evlərini tərk edib.

Salyanda VAZ yük maşını ilə toqquşdu: yaralılar var

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı minik avtomobili "Mersedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olanlar - Salyan rayon sakinləri; 1986-cı il təvəllüdlü Ramazanov Zaur Elxan oğlu, 1981-ci il təvəllüdlü Həsənov Zamin Hilal oğlu və 1984-cü il təvəllüdlü İslamov Pərvin Siyasət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

İsrail bombalayırdı, indi də İran raket atdı

İrandan atılan ballistik raket Livanın paytaxtına düşüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti məlumat yayıb. "İsrail hərbçiləri bu qənaətə vəziyyətin qiymətləndirilməsi və silahlı qüvvələrin əldə etdiyi məlumatlar əsasında gəliblər", - məlumatda deyilib. Qeyd edək ki, İrandan atılan raketin hansı səbəbdən Beyruta düşməsinə aydınlıq gətirilməyib.

Vens Netanyahuya zəng etdi: İranla razılaşma...

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bu gün İsrail Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb və onunla ABŞ və İran arasında danışıqlara başlamaq cəhdini müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid məlumat yayıb. “Vens və Netanyahu İranla müharibəyə son qoymaq üçün mümkün razılaşmanın komponentlərini müzakirə ediblər”, - Ravid bildirib.

ABŞ və İran Türkiyə vasitəsilə danışıb - KİV

Tehran və Vaşinqton arasında gərginliyi azaltmaq üçün Misir və Türkiyə vasitəsilə xoşməramlı münasibətlərə əsaslanan mesajlar mübadiləsi aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmilərindən biri “Əl-Cəzirə” açıqlamasında deyib.

İranın 158 gəmisini məhv etdik - Tramp

ABŞ İranın 158 gəmisini məhv edib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, İranın PUA və raket buraxılışı 90 faiz azalıb.