ABŞ-da snayper tüfəngli robot it yaradılıb

ABŞ Ordu Assosiyasiyasının illik konfransında snayper tüfəngi ilə silahlanmış döyüş it-robotunun prototipi təqdim edilib.

Sozcu.az Trend-ə istinadən bildirir ki, bu barədə Fox News telekanalı xəbər verib.

Amerikanın “Ghost Robotics” şirkətinin dörd ayaqlı ixtirasının “xüsusi təyinatlı pilotsuz tüfəng” (SPUR, Special Purpose Unmanned Rifle) ilə təchiz olunduğu məlumdur. Şirkət robotu “ordunun ən yaxşı dostu” adlandırıb.

Tüfəng hazırlayan “SWORD International” şirkətinin veb saytında silahın dörd ayaqlı Ghost Robotics Vision-60 kimi pilotsuz platformalardan yüksək dəqiqliklə atəş açmaq üçün yaradıldığı bildirilib.

Facebook Comments