“O maşınlar İrəvana yox, Qarabağa gəlir, yalan danışırlar…”

“Tariflər və ticarət üzrə baş saziş var. 1995-ci il yanvar ayının 1-dən o saziş əsasında Ümumdünya Ticarət Təşkilatı yaranıb. Həmin sazişin yeddinci bölməsinə görə istənilən dövlətin ərazisinə hər hansı bir maşın girirsə, həmin dövlətin ixtiyarı var ki, bura dövlət rüsumları, yol vergisi tətbiq etsin. Yəni Azərbaycan tərəfindən Gorus-Qafan yolunda qurulan post Azərbaycan dövlətinin bir dövlət kimi tamam haqqıdır. Bu beynəlxalq hüquqa görə həyata keçirilir”

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib. Politoloqun sözlərinə görə buna görə İran və Ermənistanın narazılıq etməsinin heç bir əsası yoxdur:

“Qaldı ki, fikir verdinizsə, orda ən çox türk mənşəli sürücülərdən istifadə olunub və bunun da mənası yoxdur. Onlar da bir tikə çörəyi üçün çalışanlardır. Amma bu siyasətin başında İran dövləti durur, burda təkcə farsları da günahlandırmaq olmaz, çünki dövlətin başçısı türk kökənlidir və bundan başqa orda nazirlərdən də türk kökənli var. Amma bunlar farslaşıblar. Azərbaycan müstəqillik qazanan gündən bu günə qədər İran Azərbaycanı heç bir məsələdə dəstəkləməyib. 1991-ci il dekabrın 7-də Ziyad Səmədzadənin rəhbərliyi ilə İrana getdik. Onda parlament üzvləri dövlətlərə göndərilirdi ki, Azərbaycanın müstəqilliyin tanısın. Təsəvvür edin ki, onlar bir həftə ərzində bizi o qədər incitdilər, artıq-əksik sözlər dedilər ki. Onda da müstəqiliyimizi yox, sonra tanıdılar. Ona görə də İranı dəstəkləyənlər, vay-şüvən salanlar özlərini yormasınlar.

Düzdü, Azərbaycanda İranın siyasəti güclüdür, farsları dəstəkləyən qüvvələr var, İran burda şiə təriqətlərini həyata keçirməklə özünün maraqlarını həyata keçirir. Amma bütün bunların arxasında İranın yürütdüyü siyasətin içində Azərbaycan, onun dini gedir, multikulturalizmi məhv olur, insan kimi mahiyyətimiz pozulur.

Göndərilən gömrük bəyannamələrinə fikir vermək lazımdır. Orda Stepanakert cəhənnəmə yazılıb, dəhşət odur ki, burda Ermənistan yazılıb. Əgər Azərbaycan orda o postu qurmasaydı və o sənədləri üzə çıxarmasaydı, 5-10 ildən sonra ermənilər deyəcəkdi ki, Azərbaycan ərazisindən keçmişik onlar da bunu tanıyıb və Xankəndi Ermənistanındır. Yəni şüuraltı olaraq yeridirlər ki, ora sizin deyil, Ermənistanındır. Bunların xəyanət ordadır. Bunlar hansı ağılla Azərbaycan ərazisinə bizim icazəmiz olmadan maşınlarını salırlar?! 44 günlük Vətən müharibəsi zamanı İran Qarabağ ermənilərini silah-sursatı dəqiq deyə bilmərəm, amma ərzaq təminatı və ən başlıcası yanacaqla təmin etdi. İranın verdiyi yanacaqlar tanklara töküldü və Azərbaycan üç min şəhid verdi. Onun da 99 faizi türk kökənlidir, müsəlmandır. İran indi hansı qardaşlıqdan, bizə hansı dini dövlət kimi özünü göstərməyə çalışır?! Son min üç yüz ildə İranı dövlət kimi türklər qoruyub, saxlayıb, onu da bizə bağışlamırlar, cəmi iki dəfə otuz il, otuz il hakimiyyətdə farslar olub.

Hamı çox gözəl bilir Xameyni fars deyil, heç türk də deyil. Onun atası ingilisdir və anası da hindlidir. Bir ölkənin ki, din liderinin İslamla bağlılığının sonradan yarandığını bilirlərsə, belə adamı hələ İmam da düzəldib ortaya çıxarırlar. Bunların hər şeyi saxtadır. Əgər bunlar İslamı bu cür saxtalaşdıra bilirlərlə, biz bunlardan niyə inciməliyik ki? Bunu etməliydilər və edirlər də. Ona görə də Azərbaycanın etdiyi düzdür, Azərbaycan bir növ İrana, Ermənistana və həm də onu dəstəkləyən qüvvələrə təsir göstərir. Çünki İran bunu özbaşına etmir. Bunun arxasında Rusiyanın maraqları durur və Rusiya da ikili siyasət oynayır. Ona görə də o yolda Azərbaycanın həyata keçirdiyi tədbirlər beynəlxalq hüquqla həyata keçirilir və orda insan hüquq və azadlıqlarıyla bağlı hər hansı bir qanun pozuntusu yoxdur. Bunlar əgər İrəvana getmək istəyirlərsə, elə Naxçıvan üzərindən getsinlər də. Bunlar yalan danışırlar, o maşınların hamısı Qarabağa gəlir. Əslində Qafandan İrəvana çox rahat yol var. Gorusdan ora əlavə olaraq yüz kilometrdən çox yol uzanır. Hesab edirəm ki, bunların ayrı məqsədləri var, maşınların hamısının təyinatı Qarabağadır və ordakı rus əsgərlərinin texnikalarını da bu yanacaqla təmin edirlər”.

Facebook Comments