“Koronavirusla bağlı anti-rekord artmaqda davam edəcək”

“Ölkəmizdə 491 nəfərin koronavirusa yoluxması faktı aşkarlandı. Əminəm ki, bu antirekord artmaqda davam edəcək. Yoluxma sayının hər gün artmasının ən əsas səbəbi insanların koronavirus xəstəliyinin olmasına inanmadıqlarından elementar qaydalara riayyət etməmələridir. Bunun bir səbəbi koronavirus haqqında təbliğatın zəif olmasıdırsa, digər tərəfdən koronavirusun hansısa “sehrli əllərin oyunudur” uydurmasının təbliğidir.

Sosial şəbəkədə aktiv iştirak etdiyimdən görürəm ki, uzun vaxtdır koronovirusla bağlı bilərəkdən, yaxud bilməyərəkdən insanları çaşdıran məlumatlar yayılır. Əvvəllər də yazmışdım ki, bəzi şəxslərin bunu bilərəkdən etdiklərini görməmək mümkün deyil. Belələrini bu günə qədər nə üçün hüquq-mühafizə orqanları müəyyən edib heç olmasa ictimaiyyətə təqdim etmədiklərini anlamıram. Əminəm ki, peşəkar araşdırma aparılsa daha bəd niyyətlər ortaya çıxacaq. Eyni ilə Bəhram Bağırzadənin səs yazısının tirajlanması da insanların koronovirusla bağlı şübhələrinə yağ çəkməkdir. İndiki məqamda bunu edənlər hansı cinayət işlətdiklərini ya anlamırlar, ya da bilərəkdən ölkəni fəlakətə sürükləmək istəyirlər.

Bundan başqa hesab edirəm ki, şübhələri birdəfəlik yox etmək üçün Təbib koronavirusdan vəfat edənlərin adlarını və yaşayış yerlərini açıqlamalıdır. Burada utanılacaq, şəxsiyyəti alçaldacaq heç nə yoxdur, çünki bu da çoxsaylı xəstəliklərin bir növüdür. Həm də indiki vəziyyətdə buna ehtiyac böyükdür.

Aslan İsmayılov

Tanınmış hüquqşünas

Facebook Comments