“Qaydalar yenidən sərtləşdirilə bilər” – Baş epidemioloq

“Təbiidir ki, qaydalar yenidən sərtləşdirilə bilər. Bu əhalidən asılıdır”.

Sozcu.az-ın xəbərinə görə, bunu respublikanın Baş epidemioloqu İbadulla Ağayev deyib.

İ.Ağayev bildirib ki, insanlar bu rejimə əməl etsə, bu xəstəlik müəyyən vaxt ərzində aradan qalxacaq: “Hazırda ölkədə epidemioloji durum sabitdir. Bu vəziyyət idarə olunur. Əgər əhali buna riayət etməsə, risk qrupu yarana bilər və müəyyən vaxt ərzində rejim sərtləşdirilə bilər. Azərbaycanda həyata keçirilən tədbirlərin nəticəsində digər ölkələrdən fərqli olaraq vəziyyət normaldır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizdə aparılan bu tədbirlər digər ölkələrə nümunə kimi göstərilir”.Qafqazinfo

Facebook Comments