Məşhur gənc aktyor vəfat etdi

ABŞ-ın dünyaca məşhur modeli “American Horror Story” (Amerikanın qorxu tarixi) serialının aktyoru Harri Heyns 27 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə onun anası sosial media hesabı vasitəsiylə açıqlama verib. Bildirilib ki, Avstraliya əsilli aktyor uzun müddətdir narkotik asılılığından əziyyət çəkdiyi üçün psixoloji probemlər yaşayırdı.

Harri Heyns uzun müddət müalicə alsa da, narkotik asılılığından tamamilə xilas ola bilməyib. Nəticədə səhhətindəki problemlər onun həyatını dəyişməsinə səbəb olub.

Aktyorun ölüm xəbərini eşidən fanatları, onun həm ABŞ-dakı həm də Avstraliyadakı evinin qarşısında şamlar yandırıb.

Facebook Comments