Azərbaycanda bankların dollara tələbatı yenidən artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sozcu.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 45,5 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (10 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 12% artıb.

Ötən valyuta hərracında bankların tələbi 40,6 mln. ABŞ dolları təşkil etmişdi.

Facebook Comments