Türk dilində təqvim çap etdirdiyi üçün güneyli fəal Hüseyn Səttariyə təzyiq edilir

İranın təhlükəsizlik mərmualrı tərəfindən Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindən olan mədəni fəal Hüseyn Səttari təzyiqlər edilir.

Bu barədə Hüseyn Səttari özünün sosial media hesabında məlumat yayıb.

O, türkcə təqvim çap etdirdiyi üçün təhlükəsizlik əməkdaşlarının basqıları ilə üzləşdiyini, dindirildiyini və ona məxsus noutbukun qanunsuz olaraq alındığını yazıb.

“Türkcə təqvim çap etdiyin üçün üç təhlükəsizlik əməkdaşı dükana gəldi. Təqvimi divardan qopardılar, özləri ilə apardılar. Noutbuk və mobil telefonu da götürmələri təhqirin son həddidir.

Miyana şəhərinin ETTELAAT idarəsi noutbuk və telefonumu aldılar. Onların yoxlanılması 2 saat çəkdiyi halda komputerimi özümə qaytarmadılar”-deyə, mədəni fəal bildirib.

Qeyd edək ki, Hüseyn Səttari bundan öncə dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.

Facebook Comments