“Benzema bütün Madridi sevindirdi” – Ançelotti

“Çətin oyun oldu, xüsusən də ilk hissədə Mbappenin qolundan sonra çətin anlar yaşadıq. İlk qolumuz həm tribunada, həm də meydanda əhval-ruhiyyəni dəyişdi. Bir saat ərzində əla və keyfiyyətli oynadıq.Enerjimiz çox idi. Benzema bütün Madridi sevindirdi”.

Sozcu.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra deyib.

“PSJ əla komandadır, çox yaxşı oynadılar. Ancaq hər görüşdə onun ssenarisini dəyişə biləcəyin bir məqam var. Biz bundan istifadə etdik” – deyə o bildirib.

Ançelotti sözügedən görüşdə het-trik edən futbolçusu Kərim Benzema haqda müsbət fikirlər səslndirib: “Benzema komandamızın fantastik lideridir, fantastik hücumçudur. Ondan razıyam”.

Facebook Comments