Kliçko: “Kiyevdə 6 mülki şəxs ölüb, 71 nəfər yaralanıb”

“Rusiya Silahlı Qüvvələri Kiyev şəhərində daxil ola bilməyib, amma şəhərdə diversant qruplar mövcuddur”.

Sozcu.az xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, diversant qruplar hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilir:

“Rusiya ordusu paytaxtın yaşayış məntəqələrini atəşə tutub. Bu gün toqquşmalar və atışmalar olub. Bəzi ərazilərdə indi də davam edir. Kiyevə hücum başlayandan 1-i uşaq olmaqla 6 mülki şəxs ölüb, 71 nəfər yaralanıb. Onlardan 25-i mülki şəxsdir, o cümlədən 3-ü uşaq”.

Qeyd edək ki, ötən gün axşam saatlarında Kiyevin Darnitski rayonunda nəzarət-buraxılış məntəqəsini yarmaq istəyərkən bir qrup rusiyalı diversant polis və Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Facebook Comments