Gənc qız dəm qazından boğulub öldü

Tovuz rayonunda gənc qız dəm qazından boğulub.

Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə fevralın 2-də axşam saatlarında baş verib.

Rayon sakini, 1998-ci il təvəllüdlü Leyla Asif qızı Qasımova yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından boğulub.

L.Qasımovanın meyiti bir müddətdən sonra hamamdan tapılıb.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Facebook Comments