Şimali Koreya böyük ACLIQ ərəfəsində: 45 dollara banan, 100 dollara qəhvə…

Şimali Koreyanın lideri Kim Çen In bundan əvvəl ölkədəki “tarixin ən pis vəziyyəti” ndən şikayətlənirdi və indi ilk dəfə olaraq ölkədə kifayət qədər qida olmadığını etiraf edib.

Sozcu.az lent.az-a istinadla bildirir ki, Əmək Partiyasının sədri aclığın miqyasını açıqlamayıb. Lakin BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının son təxminlərinə görə, onun ölkəsində təxminən 860 min ton qida tədarükünə böyük ehtiyac var.

Digər məlumata görə, Şimali Koreyada ilk növbədə idxal olunan məhsullar üçün qiymətlər ağlasığmaz həddə sıçrayıb. Məsələn, yerli mağzalarda bir kiloqram banan 45 dollar, kiçik paket qara çay 70, qablaşdırma qəhvə 100 dolardan baha satılır. Qida böhranının əsas səbəbləri koronavirus pandemiyası və keçən ilki qasırğalardır.

Koreya Xalq Demokratik Respublikası son dəfə belə bir vəziyyəti Sovet İttifaqının dağılmasından sonra yaşamışdı – o zaman ölkə humanitar yardım mənbələrindən kənarda qalmışdı. Beynəlxalq təşkilatların hesablamasına görə, nəticədə 3 milyon nəfərə yaxın adam ölmüşdü.

Facebook Comments