İrandan Qərblə gərginliyi artıracaq addım

İran Atom Enerji Təşkilatı uranın zənginləşdirilməsi istiqamətində işlərini davam etdirir.

Sozcu.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii deyib.

O bildirib ki, bu ana qədər 60 faiz zənginləşdirilən uranın miqdarı təxminən 6,5 kiloqrama, 20 faiz zənginləşdirilən uranın miqdarı isə 108 kiloqrama çatıb:

“Uranın zənginləşdirilməsi İran parlamentinin nəzərdə tutduğu vaxtdan daha sürətli həyata keçirilir”.

Ə.Rəbii ABŞ sanksiyalarına baxmayaraq, bir çox sahələrdə irəliləyiş əldə etdiklərini də açıqlayıb.

Facebook Comments