Ermənistana məxsus PUA məhv edildi

Oktyabrın 7-si saat 22:00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.

Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.

Facebook Comments