Dünya silkələnir: Bu regionlarda güclü zəlzələ…

Filippinin cənubunda 5,7 bal gücündə zəlzələ baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ UTC vaxtı ilə saat 17:32-də qeydə alınıb.

Yeraltı təkanların episentri Butuan şəhərindən 80 km şərqdə, Mindanau adasında, ocağı isə 39 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

***

Alyaska sahillərində isə 5,5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar UTC vaxtı ilə 19:34-də Sant-Poynt şəhərindən 26 km cənubda qeydə alınıb.

Zəlzələ ocağı 44 km dərinlikdə yerləşib.

Facebook Comments