Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi

Yağan qar səbəbindən günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Sozcu.az xəbər verir ki, xüsusilə sərt döngəli və enişli hissələrdə bəzi nəqliyyat vasitələri yolda qalıb, yol-nəqliyyat qəzaları qeydə alınıb. Sürücülərə hava şəraitini nəzərə almaq tövsiyə edilib.

Trampın bu təhdidi şantajdır - Niderland

Donald Trampın Qrenlandiyanın ABŞ-a verilməsi barədə razılığa gəlmək üçün Avropa ölkələrinə əlavə ticarət tarifləri tətbiq etməklə bağlı təhdidləri şantajdır. Sozcu.az xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri vəzifəsini icra edən David van Viel deyib. “Bu, şantajdır və lazım deyil. Bu, nə NATO-ya, nə də Qrenlandiyanın özünə kömək etmir. Niderland Trampın bu addımından təəccüblənib. Tariflərin tətbiqini izah etmək praktik olaraq mümkün deyil. Müttəfiqlərin bir-birinə bu cür yanaşması lazımsızdır”, - Viel bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Finlandiya və Niderlanda Qrenlandiyaya görə 1 fevraldan etibarən 10% tarif tətbiq ediləcəyini açıqlayıb.

Sabunçuda 10 kilo narkotik ələ keçirildi

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Araşdırmalar davam etdirilir.

Bakıda maşın və motosiklet oğruları tutuldu

Paytaxtın Binəqədi rayonunda bir nəfər VAZ-21011 markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb. Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.

ABŞ-ın blokadası Çini bundan məhrum etdi

ABŞ-ın blokadası Çin və Kubanın Venesuela neftinə çıxışını dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Nəşrin məlumatına görə, Nikolas Maduronun saxlanılmasından sonra Venesuelanı yalnız ABŞ-a istiqamət götürən neft dolu tankerlər tərk edə bilib. “3 yanvardan bəri Venesuelanın neft ixracı 75% azalıb. Növbəti 10 gün ərzində limanlardan çıxarılan az miqdarda neft ya ABŞ-a, ya da ölkə əhalisi və sənayesi üçün yanacaq istehsal etmək məqsədilə yerli neftayırma zavodlarında istifadə üçün nəzərdə tutulub. Nəticə etibarilə, Venesuela neft tədarükünün yavaşlaması Çinin dünyanın ən böyük neft alıcısı statusunu təhlükə altına qoyub. Ölkə Rusiya, İran və Venesueladan əhəmiyyətli dərəcədə endirimli qiymətlərlə neft alır”, - məlumatda bildirilib.

Suriya SDQ-yə 12 maddəlik plan təqdim etdi - Siyahı

Suriya hökuməti Suriya Demokratik Qüvvələrinə (SDQ) 12 maddəlik plan təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Məcəllə” məlumat yayıb. Planın maddələri belədir: 1. SDQ üzvləri Suriya ordusuna birləşmə və ya briqada kimi deyil, fərdi şəkildə qoşulur; 2. SDQ İraqla sərhəd-keçid məntəqələrini təhvil verir; 3. SDQ Türkiyə ilə sərhəd-keçid məntəqələrini təhvil verir; 4. SDQ ərəblərin çoxluq təşkil etdiyi Deyr əz-Zor və Rakka əyalətlərindən geri çəkilir; 5. Bütün neft və qaz obyektlərinin nəzarəti Suriya hökumətinə təhvil verilir; 6. Bəndlərin və su infrastrukturunun nəzarəti Suriya hökumətinə təhvil verilir; 7. Haseke əyalətində birgə idarəçilik yaradılır; 8. Məzlum Əbdi Haseke qubernatoru təyin edilir; 9. SDQ-yə hökumət vəzifələri (məsələn, müdafiə və ya daxili işlər nazirlərinin müavinləri) verilir; 10. SDQ-yə Suriya parlamentində iştiraka icazə verilir; 11. Prezident Əhməd əş-Şaranın son fərmanı ilə kürd hüquqlarının tanınması təsdiqlənir; 12. Bütün bəndlər müəyyən bir vaxt qrafikinə uyğun olaraq həyata keçirilir; Qeyd edək ki, Suriya ordusunun terror təşkilatı SDQ-yə qarşı əməliyyatları davam edir.

Ağsuda 4 ballıq ZƏLZƏLƏ

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 6 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.

Mingəçevirdə yanğın - Ölən var

Mingəçevirdə fərdi təsərrüfatda baş verən yanğın faciə ilə nəticələnib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. 54 yaşlı İlqar Rüstəmovun yaşadığı evdə elektrik qızdırıcısının aşması nəticəsində yanğın baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Rüstəmov xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qar uçqunu - 5 nəfər öldü

Alp dağlarının Avstriya ərazisinə düşən hissəsində baş verən qar uçqunları nəticəsində beş nəfər həlak olub. Sozcu.az xəbər verir ki, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən Finsterkopf dağında (hündürlüyü 2 150 m) yeddi xizəkçidən ibarət qrup qarın altında qalıb. Onlardan dördü həlak olub, biri isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həmin gün Avstriyada qar uçqunu zamanı daha bir qadın da ölüb. Xilasedicilər turistlərdən işarəli xizək yollarını tərk etməmələrini xahiş ediblər, çünki faciələrin əksəriyyəti cığırdan kənarda hərəkət edən xizəkçilər arasında baş verir.

Şəmkirdə ağır qəza: 1 ölü, 1 yaralı

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan "Hunday Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

Bu rayonlara qar yağır – Faktiki hava

Yanvarın 18-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, dağlıq və dağətəyi rayonlarda qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 40, Sarıbaşda (Qax) 27, Qubada 16, Kişçayda (Şəki) 15, Kəlbəcər və Qusarda 11, Şamaxıda 10, Laçın və Qubadlıda 9, Xızı və Şahdağda 8, Şuşada 5, Qobustanda 3, Qəbələ, Ceyrançöl, Gədəbəy, Xankəndi və Tovuzda 2, Gəncə, Şəmkir və Şabranda 1 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Sabirabadda 6, Kürdəmirdə 4, Lerik və Ağdamda 3, Zərdab, Yevlax, Neftçala, Xaçmaz, Xaltan, Mingəçevir, Biləsuvarda 2, Göyçay, Cəlilabad, İmişli, Beyləqan, Tərtər, Naftalan, İsmayıllı, Bərdə, Balakən, Xocalı, Füzuli, Cəbrayıl, Yardımlı, Goranboyda 1 mm-dir. Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəmkir, Qobustan, Zaqatala, Quba, Xaltan, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Tramp Sülh Şurası üçün 1 milyard dollar istəyir

Tramp administrasiyası Qəzza Sülh Şurasında daimi yer üçün digər ölkələrdən ən azı 1 milyard dollar ödəmələrini istəyir. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Tramp şuraya sədrlik edəcək, üzvlüyə nəzarət edəcək, qərarları təsdiqləyəcək və vəsaitlərə nəzarət edəcək. İlk ildə 1 milyard dollar töhfə verən ölkələr müddət məhdudiyyətlərindən azad olacaqlar”, - məlumatda bildirilib. Qeyd edək ki, Sülh Şurasında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyer və digər önəmli şəxslər də yer alır.

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstanda Azərbaycan, Türkiyə, Banqladeş, Özbəkistan və Mərakeş vətəndaşları olan 14 nəfər əcnəbi saxlanılıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Həmin şəxslərin sığınacağın verilməsi prosedurunda nəzərdə tutulmuş şərtləri pozaraq bir neçə il ərzində qanuni əsas olmadan Gürcüstanda yaşadıqları müəyyənləşdirilib. Əcnəbilər Gürcüstanı könüllü şəkildə tərk etməni nəzərdə tutan qərarda göstərilən şərtlərdən istifadə etməyiblər və nəticədə DİN-nin Miqrasiya Departamenti onların saxlanılması barədə qərar verib. Qərarın icrası üçün saxlanılan şəxslər hazırda sonradan mənşə ölkələrinə qaytarılmaq məqsədilə Miqrasiya Departamentinin müvafiq mərkəzinə yerləşdiriliblər.

İranda etirazlar: 50-dən çox məscid yandırıldı

İranda baş vermiş etirazlar zamanı 50-dən çox məscid və 180 təcili yardım maşını yandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb. Etirazların yalnız Təbrizdə 26 bank və 25 məscid yandırılması ilə nəticələndiyi, ölkə üzrə isə 53 məscidin hədəf alındığı bildirilib. Xatırladaq ki, İranda ötən ilin dekabrın 28-dən milli valyutanın devalvasiyası ilə bağlı kütləvi etirazlar başlayıb.

İki gün güclü külək əsəcək – Xəbərdarlıq

Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Gəncə, Naftalan, Samux, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı,Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

İçərisində 10 nəfərin olduğu təyyarə yoxa çıxdı

İndoneziyanın Cənubi Sulavesi əyalətində 7-si ekipaj üzvü olmaqla 10 nəfəri daşıyan təyyarə radarlardan itib. Sozcu.az xəbər verir ki, İndoneziya Hava Nəqliyyatı şirkətinə məxsus “ATR 42-500” təyyarəsindən gələn siqnal Cənubi Sulavesi əyalətinin Maros bölgəsində itib. Təyyarədə baş verən problemin mövcud hava şəraiti ilə bağlı olacağı ehtimal olunur. Axtarış-xilasetmə işlərinə başlanılıb.

Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Bildirilib ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur. Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində havanın yağıntılı olacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Türkiyə Prezidentinin Mühafizə Xidmətinin əməkdaşı həbs olundu

Türkiyə Prezidentinin Mühafizə Xidmətinin əməkdaşı Yasin Çakmak həbs olunub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunc məlumat verib. O bildirib ki, Y.Çakmak həyat yoldaşı Fatma Çelikə qarşı məişət zorakılığı zəmnində "qəsdən xəsarət yetirmə" ittihamı ilə məhkəməyə çıxarılıb: “Məhkəmənin qərarı ilə Y.Çakmak barəsində həbs qətimkan tədbiri seçilib”.

Tokayev onu Baş Qərargah rəisi təyin etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Kanış Əbubəkirovu müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə "Akorda" nəşri məlumat yayıb

Sabah Bakıya qar yağacaq: 4 dərəcə şaxta...

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağıntının intensivləşəcək, axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bakı metrosunda ölüm...

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib. Bu barədə Sozcu.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib. Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Maşın qaçıran şəxs saxlanıldı

Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək VAZ-2107 markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından qaçırıldığını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Binəqədi RPİ 6-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda olarkən nasazlıq yaranması səbəbilə avtomobili yaxınlıqdakı parklanma yerində saxlayaraq oradan uzaqlaşıb. Araşdırma davam etdirilir.

Məzuniyyətlər birləşdiriləcək - Yeni qayda

Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydasında dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilirdi. Qanuna əsasən, işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyət hüququ olduqda hər iki maddənin hər biri üzrə əldə etdiyi əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdiriləcək.

Ucarda maşın kanala aşdı - 1 nəfər öldü

Ucarda yol qəzası olub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kənd yolunda baş verib. Belə ki, "Mercedes" markalı minik maşını su kanalına düşüb. Nəticədə, Məmmədov Coşqun Şəfi oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. (APA)