Övladları olacağını açıqladı

Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz ata olacaq.

Sozcu.az xəbər verir ki, aktrisa Aydan Axundzadə ilə ailəli olan İbrahim bu haqda Nail Naiboğlunun “Qırmızı” yutub layihəsində deyib. O bildirib ki, xanımı ana olmağa hazırlaşır.

İbrahim daha sonra evinin olmamasından, kirayədə yaşamasından söz açıb:

“Şəxsi həyatımdan danışmıram, mənə aiddir. Hazırda evsizəm. Azərbaycanda aktyorların vəziyyəti və maaşı bu qədərdir”.

Facebook Comments