Əli Əsədov Estoniya parlamentinin sədri ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.

Nazirlər Kabinetindən Sozcu.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

Facebook Comments