MakSim komadan ayıldı

Rusiyalı məşhur müğənni MakSim (Marina Abrosimova) komadan ayılıb.

Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Mash” “Telegram”kanalı məlumat yayıb.

Həkimlər iyunun 19-dan sünü koma vəziyyətində olan müğənninin sərbəst nəfəs alıb-almamasını müəyyənləşdirmək üçün sedativ preparatların yükünü azaltmaq və onu medikamentoz yuxudan oyatmaq qərarına gəliblər.

38 yaşlı müğənni süni tənəffüs aparatına qoşulub.

Onun vəziyyəti stabil ağır olaraq qalır. Həkimlər ümid edirlər ki, MakSim tezliklə sərbəst nəfəs ala biləcək.

Xatırladaq ki, MakSim ağciyərlərin 40 faiz zədələnməsi diaqnozu ilə iyunun 17-də xəstəxanaya yerləşdirilib.

Facebook Comments