Şuşanın kəndləri narahatlıq yaradır – Vahid Əhmədov

Belə bir qanunun qəbulu təkcə Şuşa deyil, bütövlükdə Qarabağ üçün tarixi baxımdan əhəmiyyətli hadisədir.

Bu sözləri Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanununun layihəsini ikinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

“Şuşa şəhəri yaranandan onun bir qəsəbəsi, bir şəhəri və 37 kəndi olub. Bu kəndlər siyasi əhəmiyyəti kəndlərdir. İndi bu kəndlərdə sülhməramlılar fəaliyyət göstərir, ermənilər yaşayır. Şuşada 96 faiz azərbaycanlı, 4 faiz erməni yaşayıb. Bu kəndlərin işğalda olması gələcəkdə təhlükəsizlik problemi yarada bilər. Şuşa şəhəri Şuşa rayonuna daxilidir. Mən təklif edirəm ki, Şuşa şəhərinin idarəedilməsi mexanizmi də qanun layihəsində əksini tapsın”.

Vahid Əhmədov eyni zamanda təklif edib ki, Şuşa şəhərində görülən işlər vergidən azad edilsin:

“Şuşada böyük bərpa işləri aparılacaq. Bu, bir illə yekunlaşmaz. Təklif edirəm ki, Şuşa şəhərində aparılan işlər 3 il müddətində vergidən azad edilsin. Bu maliyyə Şuşada qalsın və şəhərə sərf edilsin”.

Facebook Comments