Bakıda güclü külək nə vaxta qədər əsəcək?
40 baxış
Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan şimal-qərb küləyi sabaha doğru zəifləyəcək.
Bu sözləri Sozcu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, şimal-qərb küləyi iyulun 17-si tədricən zəifləyəcək.


















