Salyan sakini evakuatorun altında qalaraq öldü

Salyan rayonun Bəşirbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Pünhan Aslan oğlu Abbasbəyli hərəkətdə olan evakuatorun altında qalaraq ölüb.

Sozcu.az xəbər verir ki, hadisə rayonun Qaraçala kəndində qeydə alınıb.

Şirvan rayon sakini, 2003-cü il təvəllüdlü Bilal Bağırov idarəetdiyi evakutorla P.Abbasbəylinin üstündən keçib. Evakuatorun altında qalaraq ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Qeyd edək ki, P.Abbasbəylinin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə təhvil verilib.

Facebook Comments