OOOOOYYY NƏNƏM, OOOOOOOOYYYYY…

Mirzə Sakit

Azərbaycan Yazıçılar Birliyinin 1500-dən çox üzvü var.
Onlardan cəmi 5-6-sı haqqı deyənlərdi.

Azərbaycanda 100-dən çox generallar var.
Onlardan heç biri əyinlərindəki mundirə sayğı duymur.

Azərbaycanda 500-dən çox qəzet dərc olunur.
Onların heç biri müstəqil deyil.

Azərbaycanda 170-ə yaxın sayt var.
Onların 3-4-ündən başqa heç biri həqiqəti yazmır.

Azərbaycanda AYB üzvü olmayan 5000-dən çox şairlər-yazıçılar var.
Onlardan cəmi 25-30 nəfəri haqqı yazır.

Azərbaycanda 150 mindən çox polis var.
Onlar hamısı Xalqı yox, hakimiyyəti qoruyur.

Azərbaycanda 2000 minə qədər KQB-şiklər var.
Onlar Milli təhlükəsizliyimizi qorumurlar, quduz rejimin tərəfindədilər.

Azərbaycanda 50 mindən çox milyonerlər var.
Onlar Xalqa yox, korrupsioner hakimiyyətə xidmət edirlər.

Azərbaycanda 7000-dən çox sənət adamları var.
Onlar hamısı rejimin təəssübkeşləridir.

Və Azərbaycanda 9 milyon əhali var.
Onların 8 milyonu hal-hazırda Yap rejimini ayaqları altına atıb, didib-parçalamaq üçün məqam gözləyirlər.

Və….Və…Vəə…Vəəə….

Facebook Comments