Kəşmir gərginliyi: Çin tərəfini bəlli etdi

Çin Kəşmir ətrafındakı yaranan situasiyada Pakistanı dəstəkləyəcək.

Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Van Yi deyib.

“Çin Pakistanı özünün qanuni maraqları və haqlarının müdafiəsi məsələsində dəstəkləməyə davam edəcək. Biz həmçinin beynəlxalq arenada Pakistana ədalətli münasibətin göstərilməsi üçün çalışacağıq. Kəşmir müstəmləkə zamanından indiyə qədər davam edən problemdir və gərək BMT-nin nizamnaməsi əsasında dinc yolla həll edilməlidir”, – deyə o bildirib.(Axar.az)

Facebook Comments