“Qazaxıstan torpağı bütün türklərin qədim vətənidir” – Bağdad Amreyev

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev TDT xarici işlər nazirlərinin növbədənkənar iclasında çıxış edib.

Bu barədə yanvarın 11-də «Anadolu» agentliyi xəbər verib.

“Qazaxıstan torpağı – bütün türklərin qədim vətənidir. Qazaxıstanda sabitlik və rifah bütün Türk dünyasının ayrılmaz hissəsidir”-deyə, çıxışında Bağdad Amreyev bəyan edib.

Bağdad Amreyev Qazaxıstanın təhlükədə olduğunu bildirib:

“Bütün Qazaxıstan nişangah altındadır. Ölkənin suverenliyinə və müstəqilliyinə hücum olub. Prezident Qasım-Comərd Tokayev dağıdıcı fəaliyyətin qarşısının alınmasına və qırmızı xətti keçmiş şəxslərin saxlanmasına yönəlmiş məntiqi qərar qəbul edib”.

O, həm də Türk Dövlətləri Təşkilatının bütün üzvlərini Qazaxıstan hakimiyyətini dəstəkləməyə çağırıb. (report.az)

Facebook Comments