MİQ-in nəticələri AÇIQLANDI

15 baxış

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsi yekunlaşıb.

Sozcu.az-ın Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən əldə etdiyi məlumata görə, vakansiya seçiminin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Xatırladaq ki, müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi 12 avqust - 15 avqust aralığında aparılıb.

Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malik olublar.

Paylaş:

Əlaqəli məqalələr