Şəhid anası tələbə adını qazandı - Foto

68 baxış

Şəhid anası Maya Quliyeva ali məktəbə qəbul olub.

Sozcu.az Azxəbər.com-a istinadla xəbər verir ki, şəhid Xalid Hassanın anası Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.

O, bundan öncə kollecdə təhsil alıb.

Qeyd edək ki, Xalid Mahmud oğlu Hassan İkinci Qarabağ müharibəsində şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və digər medallarla təltif edilib.

Paylaş:

Əlaqəli məqalələr