700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

47 baxış

2007-2026-cı illərdə 700 bal toplayan abituriyentlərin məzun olduqları məktəblər məlum olub.

Sozcu.az xəbər verir ki, AzEdu.az 700 bal toplayan abituriyentlərin hansı regionların məktəblərindən olduğunu araşdırıb.

2007-ci ildə 700 bal toplayan 3 abituriyentin hər üçü Bakı məktəblərinin məzunudur.

2008-ci ildə 700 bal toplayan 6 abituriyentin 2-si Bakı, 1-i Sumqayıt, 1-i Naxçıvan, 1-i Şirvan, 1-i isə Quba məktəbinin məzunudur.

2009-cu ildə 700 bal toplayan 2 abituriyent də Bakı məktəblərinin məzunudur.

2010-cu ildə 700 bal toplayan 7 abituriyentin 5-i Bakı, 1-i Şəki, 1-i isə Mingəçevir məktəbinin məzunudur.

2011-ci ildə 700 bal toplayan 4 abituriyentin 4-ü də Bakı məktəblərinin məzunudur.

2012-ci ildə 700 bal toplayan 5 abituriyentin 4-ü Bakı, 1-i isə Qazax məktəbinin məzunudur.

2013-cü ildə 700 bal toplayan 6 abituriyentin 2-si Bakı, 1-i Sumqayıt, 1-i Tovuz, 2-si isə Mingəçevir məktəbinin məzunudur.

2014-cü ildə 700 bal toplayan 9 abituriyentin 7-si Bakı, 1-i Ağdam, 1-i isə Ağsu məktəbinin məzunudur.

2015-ci ildə 700 bal toplayan 15 abituriyentin 6-sı Bakı, 1-i Abşeron, 1-i Bərdə, 1-i Şərur, 1-i Qubadlı, 1-i Gəncə, 1-i Qəbələ, 1-i Saatlı, 1-i isə Zaqatala məktəbinin məzunudur.

2016-cı ildə 700 bal toplayan 10 abituriyentin 5-i Bakı, 1-i Abşeron, 1-i Kürdəmir, 1-i Qazax, 1-i Şəmkir, 1-i isə İsmayıllı məktəbinin məzunudur.

2017-ci ildə 700 bal toplayan 15 abituriyentin 10-u Bakı, 1-i Abşeron, 1-i İsmayıllı, 1-i Gəncə, 1-i Ağcabədi, 1-i Sumqayıt məktəbinin məzunudur.

2018-ci ildə 700 bal toplayan 29 abituriyentin 16-sı Bakı, 2-si Sumqayıt, 2-si Abşeron, 2-si Lənkəran, 1-i İsmayıllı, 1-i Xaçmaz, 1-i Göyçay, 1-i Goranboy, 1-i Gəncə, 1-i Ağcabədi, 1-i isə Şəki məktəbinin məzunudur.

2020-ci ildə 700 bal toplayan 2 abituriyentin 1-i Abşeron, 1-i isə Bakı məktəbinin məzunudur.

2022-ci ildə 700 bal toplayan 1 abituriyent Bakı məktəbi məzunudur.

2024-cü ildə 700 bal toplayan 2 abituriyentin 1-i Şəki, 1-i isə Abşeron məktəbinin məzunudur.

2025-ci ildə 700 bal toplayan 2 abituriyentin 1-i Bakı, 1-i isə Şəki məktəbinin məzunudur.

2026-cı ildə 700 bal toplayan 2 abituriyentin 1-i Mingəçevir, 1-i isə Sumqayıt məktəbinin məzunudur.

Ümumilikdə 2007-2026-cı illərdə 700 bal toplayan abituriyentlərin məzun olduqları məktəblər üzrə ən yüksək göstərici Bakıya aiddir. Bakı 68 nəfərlə birinci, Abşeron 7 nəfərlə ikinci, Sumqayıt isə 6 nəfərlə üçüncü yerdədir.

Paylaş:

Əlaqəli məqalələr