"Komedixana"nın Zarinası məzun oldu - FOTO
16 baxış
Tanınmış aktrisa Zarina Qurbanova növbəti uğurunu izləyiciləri ilə bölüşüb.
Musavat.com xəbər verir ki, sənətçi Azərbaycan İncəsənət Universitetində magistratura üzrə "Kinorejissorluq" fakültəsində təhsil alıb.
Zarina sosial şəbəkə hesabında məzuniyyət mərasimindən görüntülər paylaşaraq təhsilini uğurla başa vurduğunu açıqlayıb.
Qeyd edək ki, Zarina Qurbanova "Komedixana" layihəsində canlandırdığı rəngarəng obrazlarla geniş tamaşaçı sevgisi qazanıb.


