Beynəlxalq səyahətçilər Azıx mağarasında

71 baxış

Məşhur MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Sozcu.az xəbər verir ki, beynəlxalq səyahətçilər səfər çərçivəsində Xocavənd rayonundakı Azıx mağarasının yerləşdiyi əraziyə gəliblər.

Qeyd edək ki, beynəlxalq səyahətçilər bu gün həmçinin Şuşa və Ağdam rayonlarına da səfər edəcəklər. Onların oktyabrın 9-da Kəlbəcər-Ağdərə-Laçın, oktyabrın 10-da isə Zəngilan-Cəbrayıl-Füzuli marşrutları üzrə hərəkət etmələri planlaşdırılıb.

Paylaş: