Rəsmi statistika: Azərbaycanda Tesla sahiblərinin sayı məlum oldu

27 baxış

Sozcu.az xəbər verir ki, Azərbaycanda istifadədə olan Tesla markalı avtomobillərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə ölkədə 1 144 Tesla markalı minik avtomobili qeydiyyatda olub.

Rəsmi statistikaya əsasən, həmin tarixə Azərbaycanda ümumilikdə 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub. Bu isə Tesla markalı avtomobillərin ölkənin ümumi avtomobil parkının təxminən 0,07 faizini təşkil etdiyini göstərir.

Qeyd edək ki, Tesla 2003-cü ildə ABŞ-də yaradılıb və hazırda dünyanın aparıcı elektromobil istehsalçılarından biri hesab olunur. Şirkət xüsusilə Model Y və Model 3 avtomobilləri ilə tanınır. Həmin modellər son illərdə dünya üzrə ən çox satılan elektrik avtomobilləri sırasında yer alıb.

Ekspertlərin fikrincə, ölkədə elektromobillərə marağın artması gələcək illərdə Tesla markalı avtomobillərin sayının daha da yüksəlməsinə səbəb ola bilər.