Pentaqonun müvəqqəti idarəçiliyi ona tapşırıldı

Devid Norkvist ABŞ müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.

Sozcu.az xəbər verir ki, bu məlumatı ABŞ mətbuatı yayıb.

Senat yeni müdafiə nazirini təsdiqləyənə qədər Norkvistin bu vəzifənin icrasını davam etdirəcəyi bildirilib.

Məlumat üçün bildirək ki, Norkvist Trampın prezidentliyi dönəmində müdafiə nazirinin müavini olub.

Qeyd edək ki, Bayden bundan öncə müdafiə naziri vəzifəsinə general Lloyd Ostini təyin edib.

Facebook Comments