Erməni terrorçusu əsgərimizin gülləsinə tuş gəldi

Onu Qarabağdan İrəvana aparmağa çalışırlar

“Armenian News” saytında Azərbaycanla bağlı iki xəbər gedib. Birinci xəbərdə deyilir ki, Kəlbəcərdə zəlzələ qeydə alınıb.

İkinci xəbərdə isə bildirilir ki, Dağlıq Qarabağda hərbi xidmətdə olan əsgər Aqanik Zoloqyan Azərbaycan ordusu tərəfindən açılan atəş nəticəsində başından ağır yara alıb. O, təcili şəkildə xətəxanaya çatdırılıb. Cərrahi əməliyyat başa çatıb. Yaralının İrəvandakı xəstəxanaya çatdırılması üçün hazırlıqlar başlayıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şənbə günü saat 16:05-də olub. 1998-ci il təvəllüdlü əsgər Aqonik Zoloqyan ötən il Rusiyadan Ermənistana gəlib və könüllü şəkildə hərbi xidmətə yollanıb.

Facebook Comments