Mehman Hüseynov xəstə yatır: Son qərarı gözləyirəm

Tanınmış bloger Mehman Hüseynov xəstəxanaya yerləşdirilib.

Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə bloger özü social şəbəkədə məlumat yayıb.

O bildirib ki, artıq 3-cü həftədir həkim nəzarətindədir.

Blogerin sözlərinə görə, Yeni il ərəfəsində həkimlərə müraciəti zamanı ona sağlamlığının təhlükədə olduğu və dərhal tibbi müdaxilənin vacibliyi haqda məlumat verilib. M.Hüseynov seçkilərdə iştirak etdiyi üçün müalicədən imtina etdiyini, amma vaxt keçdikcə sağlamlığının daha da pisləşdiyini görüb:

“Müalicə vaxtı həkimlər mənə telefondan, sosial şəbəkələrdən uzaq durmağa tövsiyyə etdi. Mən də bir müddət sosial şəbəkələrdən uzaqlaşmağa qərar verdim. Müalicəm artıq bitmək üzrədir, həkimlərin son qərarını gözləyirəm. Növbəti addım nə olacaq, hələ dəqiq bilmirəm. İnanıram ki, son nəticədə hər şey yaxşı olacaq və mən ayağa qalxacam”.

Bloger statusuna xəstəxana palatasında çəkilmiş şəkillərini də əlavə edib.

Facebook Comments